Orta məktəbdə şəhid Teymur Osmanlının adına verilmiş sinfin açılışı oldu - FOTOLAR

Azərbaycanın Milli Qəhrəmanı Yuriy Kovalyov adına 229 nömrəli tam orta məktəbdə şəhid Teymur Osmanlının adına verilmiş 6c sinfinin açılışına həsr olunmuş tədbir keçirilib. Bizimxeber.az bildirir ki, tədbir məktəbin həyətində məktəbin şəhid məzunlarının şərəfinə ucaldılan abidənin ziyarət olunmasıyla başlayıb.

Tədbirdən öncə məktəbin direktoru Vüsalə xanım Teymurun valideynlərini məktəbdə şəhidlərin adlarını daşıyan sinif otaqları və guşələrlə, şagirdlərin əl işlərindən ibarət sərgilərlə tanış edib.

Dövlət himni, 6c sinfinin şagirdlərinin ifasında şeir və kompozisiyalar dinlənildikdən sonra direktor Teymur Osmanlının valideynləri, digər içtırakçıların çıxışları dinlənilib. 

Qeyd edək ki, 229 nömrəli məktəbdə şəhidlərimizin gənc nəslə, şagirdlərə tanıdılması istiqamətində çox böyük işlər görülür.

Bir 2 nəfər və mətn şəkili ola bilər

Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Şəkilin açıqlaması yoxdur.

Bir Ramil Osmanlı daxil olmaqla 13 nəfər, uşaq, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir 1 nəfər, ayaqda və içəridə şəkili ola bilər