"Orda terror təşkilatlarını bəsləyən Amerikadır" - Ərdoğan

ABŞ Fərat çayının şərq hissəsini tərk etməlidir. Bu, Astana prosesindən çıxan nəticədir. Çünki oradakı terror təşkilatlarını bəsləyən Amerikadır.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran səfərinə dair açıqlamasında bildirib.

O qeyd edib ki, Türkiyənin milli təhlükəsizlik problemləri həll olunmadığı müddətcə Suriyanın şimalında yeni bir əməliyyat gündəmdə qalmaqda davam edəcək.