Macarıstanın baş naziri Viktor Orban ailəsi ilə bir neçə həftəlik Hindistana tətilə gedib, lakin bu barədə rəsmi açıqlama verilməyib.
Bizimxeber.az bildirir ki, bu barədə Macarıstan parlamentinin müstəqil üzvü Akoş Hadhazinin diqqət çəkdiyi Hindistan KİV-lərində dərc olunan məqalələrdən məlum olub.
Hadhazi Facebook-da Orbanın həyat yoldaşı, iki qızı və digər beş nəfərin müşayiəti ilə Kerala əyalətinə səfərindən bəhs edən Hindistan qəzetinin fotosunu dərc edib. Fotoda Orbandan başqa Macarıstanda Ayurveda müalicə mərkəzini idarə edən iş adamı Krişna Kumar da görünür.
Macarıstanın baş nazirinin Kerala ştatının Koçi şəhərindəki beşulduzlu Fragnant Nature otelində ailəsi ilə birlikdə qaldığı da bildirilir. Orada bir otağın qiyməti bir gecəlik 100.000 HUF-dan (240 avrodan yuxarı) ola bilər.
Yerli KİV-in məlumatına görə, Macarıstanın baş naziri yanvarın 16-dək - yəni demək olar ki, üç həftəyə qədər Hindistanda olacaq. Orban sonuncu dəfə dekabrın 28-də sosial şəbəkədə paylaşım edib və bundan sonra tətilə çıxıb.
Macarıstanın Baş naziri Bertalan Havaşinin sözçüsü, Telex- in Orbanın Hindistanda nə qədər olduğunu, hansı məqsədlə, onu müşayiət edənlərin yaşayış və yeməklərinin nə qədər başa gələcəyini və bunun üçün kimin ödəyəcəyini soruşduqda, "ailəsi və ya şəxsi" haqqında məlumat açıqlamayacağını söyləyib.