Orbanın təyyarəsi Rusiyaya gedir - Budapeşt səfəri təsdiqləməyib - FOTO

Göyərtəsində Macarıstanın Baş naziri Viktor Orbanın olduğu ehtimal edilən təyyarə Budapeştdən havaya qalxaraq, Belarus hava məkanına uçub.

Bizimxeber.az bildirir ki, bu barədə "VSquare" və "Direkt36"-nın jurnalisti Sabolç Pani məlumat verib

Bu uçuş Orbanın Moskvada Vladimir Putinlə planlaşdırılan görüşünün mediada yayıldığı bir vaxtda həyata keçirilib. 

O, Twitter-də artıq Belarus üzərində uçan Macarıstan hökumət təyyarəsinin marşrutunu paylaşıb.

Pani əlavə edib ki, Macarıstanın baş nazirinin mətbuat xidməti jurnalistlərə yalnız Orbanın cümə və şənbə günləri Azərbaycanda olacağı barədə məlumat verib. Rəsmi olaraq Orbanın Moskvaya səfəri hələlik təsdiqlənməyib:"Bizi aldadıb yalan danışsalar" – jurnalist yenə sarkazmla əlavə edib.

Mərkəzi və Şərqi Avropanı işıqlandıran Pani bir gün əvvəl öz mənbələrinə istinadən bildirdi ki, Viktor Orban Kiyevə səfərindən cəmi bir neçə gün sonra Moskvaya səfər edəcək. Bu məlumatı Radio Svoboda mənbələri də təsdiqləyib . Adının açıqlanmasını istəməyən Aİ rəsmisi AzadlıqRadiosuna deyib ki, Orban Moskvaya planlaşdırdığı səfər barədə Aİ-yə məlumat verməyib. 

Avropa Şurasının rəhbəri Çarlz Mişel mediada yayılan xəbərlər fonunda bildirib ki, Aİ-yə sədrlik edən Macarıstanın  Aİ adından Rusiya ilə qarşılıqlı əlaqədə olmaq mandatı yoxdur. 

Orban həmçinin etiraf edib ki, Aİ Şurasına sədrlik Macarıstana Ukraynada sülhü təşviq etmək üçün mandat vermir.