Orbanın Rusiya səfəri Ukrayna ilə razılaşdırılmayıb - Ukrayna XİN

Ukrayna XİN-i Macarıstanın Baş naziri Viktor Orbanın Moskvaya səfərini şərh edib. 

Xarici İşlər Nazirliyi vurğulayıb ki, bu səfərlə bağlı qərar Macarıstan tərəfindən Ukrayna ilə razılaşdırılmadan verilib.

"Bizim dövlətimiz üçün “Ukraynasız Ukrayna üzrə razılaşma yoxdur” prinsipi pozulmaz olaraq qalır və biz bütün dövlətləri buna ciddi əməl etməyə çağırırıq”, -deyə XİN bəyənatında deyilir.