Orbanın Moskvaya səfəri Ukrayna xalqına qarşı təhqirdir

Macarıstan hökumətinin başçısı Viktor Orbanın Moskvaya səfərini Ukrayna xalqına qarşı təhqir adlandırıb.

Bizimxeber.az bildirir ki, bunu İsveçin baş naziri Ulf Kristersson deyib.

İsveç baş nazirinin sözlərinə görə, Orbanın Macarıstanın Aİ-yə sədrliyindən Kremlin hökmdarı Vladimir Putinə səfəri üçün istifadə etməsi “məsuliyyətsizlik və vəfasızlıqdır. Bu, xarici dünyaya yanlış siqnal göndərir və öz azadlığı uğrunda mübarizə aparan Ukrayna xalqına təhqirdir", - Kristersson vurğulayıb.