Macarıstanın baş naziri Viktor Orban sabah Tbilisiyə rəsmi səfər edəcək.
Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb.
Səfər iki gün, oktyabrın 28-29-da davam edəcək. Baş nazir Orbanı Macarıstan nazirləri və rəsmilərindən ibarət nümayəndə heyəti müşayiət edəcək.
Qeyd edək ki, Gürcüstandan hətta ilkin nəticələrin açıqlanmadığı və yalnız ziddiyyətli exit-pollların keçirildiyi bir vaxtda hakim partiyanı iddia edilən qələbəsi münasibətilə təbrik edib.