Orban prezident seçkilərindən geri çəkildi

Rumıniyanın keçmiş baş naziri və Forta Dreptei (“Sağların Gücü”) partiyasının lideri Lüdovik Orban ölkədə keçirilən prezident seçkilərində iştirakını dayandırıb.

Bizimxeber.az bildirir ki, o, bunu Digi24 telekanalında seçkiqabağı debat zamanı deyib.

Orban Rumıniya prezident seçkilərində namizədliyini geri götürmək qərarına gəldiyini və eyni zamanda sağ mərkəzçi müxalifət Rumıniyanın Qurtuluşu Birliyinin (USR) lideri Yelena Laskonini dəstəklədiyini açıqlayıb.

Siyasətçi seçimini belə izah edib: “Mən siyasi situasiyanın nə olduğunu dəqiq bilən, nə vaxt kənara və ya geri addım atmağı bilən realistəm”.