NATO liderləri və hökumətlərinin bu həftə Vaşinqtonda keçirilən görüşündə Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukrayna Alyansa qoşulmamalıdır.
Bizimxeber.az bildirir ki, bu barədə Bloomberg agentliyi mənbələrə istinadən məlumat yayıb.
Viktor Orban AB və NATO üzvləri ilə heç bir koordinasiya olmadan Kiyev, Moskva və Pekinə səfər edərək özünü "sülh missiyası" elan edəndən sonra NATO sammitinə qatılıb.
NATO sammitində Orban əvvəllər əldə edilmiş razılaşmalara uyğun olaraq, Ukraynanın hərbi dəstəyinə qoşulmaqdan imtina edib. Amma o, Ukrayna prezidentinin də olduğu liderlərin görüşündə birbaşa bəyan edib ki, Ukrayna Alyansa üzv olmamalıdır.
"Orban hətta Zelenski ilə plenar iclasda bizə məlumat verildiyi kimi Ukraynanın NATO-ya daxil olmaması fikrini də ifadə etdi. Bəzi liderlər buna etiraz etdilər və onlardan biri bildirdi ki, Macarıstanın tarixi Ukraynanın nə üçün Alyansda olması lazım olduğunu göstərir", - agentlik yazır.
Vaşinqtonda keçirilən sammitdə iştirak etdikdən sonra Viktor Orban Rusiyaya genişmiqyaslı müdaxilənin Ukraynanın NATO-ya üzv olmaq niyyəti ilə təhrik edildiyini düşünən Donald Trampla görüşmək üçün Floridaya gedib.
Avropa İttifaqının hüquq xidməti əvvəllər müəyyən etmişdi ki, Macarıstanın baş nazirinin Putinlə apardığı danışıqlar Aİ müqavilələrinə ziddir O da məlum olub ki, Aİ-nin altı ölkəsi Macarıstanın sədrliyi çərçivəsində tədbirlərə nazir göndərməyəcək , daha aşağı rütbəli məmurlarla məhdudlaşacaq.