Orban Moskvadadır- RƏSMİ

Macarıstanın baş naziri Viktor Orban “sülhməramlı” səfərlə Moskvaya gəlib. 

Bizimxeber.az bildirir ki, bu barədə 444.hu xəbər verib. Məlumatı hökumətin sözçüsü təsdiqləyib.

Mətbuat katibi Bertalan Havasi Orbanın “sülhməramlı missiyası” çərçivəsində Moskvaya gəldiyini və Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini bildirib. 

Jurnalistlər Macarıstanın baş nazirinin tez-tez xaricə səfərləri üçün istifadə etdiyi “Airbus 604” təyyarəsinin səhər müsahibəsindən dərhal sonra Macarıstandan havaya qalxaraq Moskvanın Vnukovo hava limanına endiyini də izləyiblər .

Yola düşməzdən əvvəl Orban dövlət radiosunda deyib ki, Aİ Şurasına sədrlik Macarıstana Ukraynada sülhü təşviq etmək mandatı vermir, lakin Macarıstan “sülh istəyən insanların əlində yaxşı alət” ola bilər.

Xatırladırıq ki, Orbanın Moskvaya səfərinin mümkünlüyü ilə bağlı şayiələr cümə axşamı ortaya çıxdı və fırtınalı reaksiyaya səbəb oldu, çünki Macarıstan hazırda Aİ Şurasına sədrlik edən ölkədir. 

Avropa Şurasının prezidenti Çarlz Mişel Orbanın bu səfər üçün Aİ-dən  mandatının olmadığını vurğulayıb.

Aİ diplomatiyasının rəhbəri Josep Borrell də vurğulayıb ki, Macarıstan baş nazirinin səfəri Aİ Şurasına sədrlik çərçivəsində deyil, yalnız Macarıstan və Rusiya arasında ikitərəfli münasibətlər çərçivəsində baş verir.