Orban Kiyevdən sonra Moskvaya gedir? - KİV

Macarıstanın baş naziri Viktor Orban Kiyevə səfərindən cəmi bir neçə gün sonra Moskvaya səfər edəcək. 

Bizimxeber.az bildirir ki, bunu "VSquare" və "Direkt36"nın jurnalisti Sabolç Pani bildirib .

Jurnalist qeyd edib ki, Viktor Orban iyulun 5-də Kiyevə səfərindən cəmi bir neçə gün sonra Moskvaya gedəcək.

Jurnalistin sözlərinə görə, Orbanla bərabər Rusiyaya Kiyevdə Orban nümayəndə heyətinin tərkibində olmayan və rusiyayönlü nazir sayılan Macarıstanın xarici işlər naziri Peter Szijarto olacaq. 

Bu arada Macarıstan baş nazirinin mətbuat xidmətinin rəhbəri Orbanın iyulun 5-i və 6-da Azərbaycanda keçiriləcək Türk Dövlətləri Təşkilatının sammitində iştirak edəcəyini açıqlayıb.

Sonuncu dəfə Macarıstanın baş naziri Putinlə ötən ilin oktyabrında Pekində "Bir kəmər, bir yol" forumunda görüşmüşdü və o, Aİ-nin yeganə siyasətçisi kimi gəlmişdi. Hazırkı görüş onunla fərqlənir ki, iyulun 1-də Macarıstan rəsmi olaraq Avropa İttifaqı Şurasına sədrlik etməyə başlayıb. Yəni Orban Aİ-yə sədrlik edən dövlət başçısı kimi Putinlə görüşəcək. 

Macarıstan KİV-i vurğulayır ki, belə bir görüş, eləcə də Kiyevə səfərdən əvvəl uzun təşkilati iş gedir, ona görə də Orban bu həftə Putinə səfər edəcəyini, Zelenski ilə danışıqlar apararkən artıq bilirdi. Onun planları barədə Ukrayna prezidentinə danışıb-danışmadığı məlum deyil.