Orban eyni rolu oynayır - AB-nin Ukraynanı dəstəkləyən birgə bəyanatını bloklaya bilər

Macarıstanın baş naziri Viktor Orban 6 mart sammitindən sonra Aİ liderlərinin Ukraynaya dəstək verən birgə bəyanatını bloklamaqla hədələyib.

Bizimxeber.az bildirir ki, bu barədə Orbanın martın 1-də Avropa İttifaqı Şurasının prezidenti Antonio Kostaya yazdığı və jurnalist Şabolç Paninin ixtiyarında olan məktubunda deyilir.

Viktor Orbanın Avropa Şurasının prezidentinə yazdığı məktubda, Ukraynaya münasibətdə “düzəlişlər və ya kommunikasiyalar yolu ilə həll edilə bilməyən” yanaşmalarda “strateji fikir ayrılıqlarını” qeyd edib.

"Mən əminəm ki, Aİ ABŞ-dan nümunə götürərək, Ukraynada atəşkəs və davamlı sülhə dair Rusiya ilə birbaşa danışıqlara getməlidir. Bu yanaşma kommünike layihəsində əksini tapanlarla uyğunlaşdırıla bilməz", - Orban deyib.

O, bu səbəbdən sammitdən sonra hazırkı formada Ukrayna ilə bağlı birgə yazılı bəyanat qəbul etməyə belə cəhd etməməyi təklif etdiyini və bunun “AB-də parçalanma”nı göstərəcəyini davam etdirib.