Macarıstanın baş naziri Viktor Orban, Budapeştdə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşdən sonra Brüsseli və "Soros şəbəkəsi"ni Gürcüstan hökumətinə qarşı hücumlarda ittiham edib.
Bizimxeber.az bildirir ki, Orban, Gürcüstanın suverenliyini müdafiə etməli olduqlarını vurğulayıb və bu cür hücumların dayandırılmasını tələb edib.
Viktor Orbanın Gürcüstanın hakim "Gürcü arzusu" partiyasını dəstəkləməsi və Aİ-nin siyasətinə qarşı açıq mövqe sərgiləməsi, regionda Macarıstanın və Gürcüstanın siyasi əlaqələrinin daha da güclənəcəyinə işarə edir. Bu mövqe həm də Orbanın Avropa İttifaqına qarşı müstəqil və sərt siyasətinin bir hissəsi kimi qəbul olunur.
Gürcüstanda siyasi vəziyyətin gərgin olduğu bir dövrdə Orbanın bu dəstəyi, ölkənin gələcək siyasi istiqamətinə təsir göstərə bilər.