Onu öpmək istəyən fanatına belə reaksiya verdi - Video


Meneceri ilə alış-veriş etmək üçün Nişantaşıya gedən türkiyəli müğənni Yıldız Tilbe küçədə fanatları ilə rastlaşıb. 

Türkiyə mətbuatına istinadən xəbər verir ki, makiyajsız və tibbi maskasız görüntülənən ifaçı pərəstişkarları ilə tək-tək şəkil çəkdirib.

Fanatlarından biri isə müğənniyə çətin anlar yaşadıb.

Belə ki, əvvəlcə Tilbe ilə şəkil çəkdirən qadın daha sonra onu öpmək istəyib. İfaçı isə buna “pandemiya var” deyərək icazə verməyib və qadını özündən kənarlaşdırıb.