Ontario əyaləti rəsmiləri ABŞ-ın Miçiqan, Nyu-York və Minnesota kimi ştatlarına elektrik enerjisi ixracına qoyulan 25%-lik əlavə rüsumun dayandırılmasına qərar verib, Bizimxeber.az bildirir ki, bu barədə Ontario Baş naziri Doug Ford açıqlayıb.
O, ABŞ-ın ticarət naziri Hovard Lutniklə məhsuldar söhbət etdiyini, Kanada ilə ABŞ arasında iqtisadi əlaqələri müzakirə etdiyini qeyd edib.
Fordun sözlərinə görə, tərəflər martın 13-də Vaşinqtonda ABŞ Ticarət Nümayəndəsinin iştirakı ilə rəsmi görüşün keçirilməsi barədə razılığa gəliblər.
Görüşdə Amerika tərəfinin qarşıdan gələn güzgü rüsumlarının tətbiqi fonunda USMCA sazişinin yenilənməsinin müzakirəsi planlaşdırılır.
"Cavab olaraq Ontario Miçiqan, Nyu-York və Minnesota ştatlarına elektrik enerjisi ixracına qoyulan 25% əlavə haqqı dayandırmağa razılaşdı" deyə o, X sosial media səhifəsində yazıb.