Polşanın xarici işlər naziri Radoslav Sikorski Belarusda keçirilən prezident seçkilərindən sonra sosial şəbəkə hesabında maraqlı statusu ilə müzakirələrə səbəb olub.
Bizmxeber.az bildirir ki, Sikorski zarafatla belə yazıb: "Belarusluların yalnız 87,6%-i Qocalarını sevir. Qalanları həbsxanalara sığacaqmı?".
Qeyd edək ki, Belarus Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko elan edib ki, vətəndaşlar ölkə prezidentini seçiblər. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, sakinlərin 86,82%-i hazırkı ümummilli lider Aleksandr Lukaşenkoya səs verib.