Onlar III Çarlzın tacqoyma konsertindən imtiha etdilər

Bir neçə məhşur III Çarlzın tacqoyma konsertində çıxış etməkdən imtina ediblər.

Bizimxeber.az bildirir ki, bu barədə “The Irish Sun” məlumat yayıb.

İngilis musiqiçi Elton Con , Spice Girls və müğənni Harry Styles sıx iş qrafiki səbəbiylə Windsor qalasında çıxış etməmək qərarına gəlib. "Çarlzın siyahısında Elton Con birinci olub” deyən mənbə qəzetə bildirib ki, musiqiçi Avropa turnesi ilə əlaqədar iştirak edə bilməyəcək.

Qeyd edək ki, Böyük Britaniyanın yeni kralı III Çarlzın rəsmi tacqoyma mərasimi mayın 6-da keçiriləcək. Hazırkı monarx anası II Elizabetin ölümündən sonra Böyük Britaniyanın kralı olub.