"Oltermanni" pendirləri "Laplandia" brendi oldu

Rusiyada Oltermanni pendiri Laplandia brendi altında istehsal olunacaq

Son 25 ildə rusların Oltermanni kimi tanıdığı pendir "Laplandia" brendi altında istehsal olunacaq 

Bizimxeber.az bildirir ki, bu rebrendinq Valio MMC-nin sahibinin dəyişməsi ilə bağlıdır. Yeni brend altında olan pendirlər payızın ortalarında satışda olacaq. Qablaşdırma dizaynı eyni qalacaq. Bu pendirlər Rusiya bazarında satış həcminə görə TOP-10 brendlər sırasındadır.

Qeyd edək ki, "Valio" Ukraynadakı xüsusi əməliyyatla əlaqədar Rusiya bazarından çıxdığını elan edib. Daha sonra Finlandiyanın süd istehsalçısı Rusiya istehsalını "Velcom"-a satıb.