Ölkəyə narkotik keçirməyə cəhd edən PUA zərərsizləşdirildi

Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib. 

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb. 

Bildirilib ki, martın 4-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 515 qram narkotik vasitə heroinin kiçikhəcmli PUA vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. 

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.