“Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 66.1%-i qeyri-büdcə sektorunun, 33.9%-i isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcək”.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.
“Hazırda (01.10.2024-cü il tarixə) ölkə üzrə pensiyaçıların ümumi sayı təqribən 1 milyon 98 min nəfər təşkil edir. Onlardan 707 min nəfəri yaşa görə, 258 min nəfəri əlilliyə görə, 135 min nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır.