Ölənlərin sayı 156 nəfəri keçdi

Seul şəhərinin mərkəzindəki İtaevon rayonunda Hellouin bayramı şənliyi zamanı baş verən izdihamda ölənlərin sayı 156 nəfərə çatıb.

Bizimxeber.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Daxili İşlər və Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

1512 nəfər xəsarət alıb, onlardan 40-ı hələ də xəstəxanalardadır. 

Bu günə olan məlumata görə, yaralanan 20-30 yaşlı qadın dünyasını dəyişib. Daha 29 xəstənin vəziyyəti ağırdır, ona görə də qurbanların sayı yenidən arta bilər.

Ölənlər arasında 101 qadın və 55 kişi var, onlardan 26-sı əcnəbi, o cümlədən dörd rusiyalıdır .

Faciə oktyabrın 29-da Seulun mərkəzindəki İtaevon küçəsində Hellouin şənlikləri zamanı baş verib. Ərazidə hər il bu bayramı qeyd etmək üçün çoxlu sayda şənliklər keçirilir.

Üç ildə ilk dəfə tədbirlər koronavirus məhdudiyyəti olmadan keçirilib.