Ölənlər üçün Aktaudakı morqda çadırlar qurulub - FOTO

Baş verən təyyarə qəzasında ölən sərnişinlərinin cəsədlərinin yerləşdiriləcəyi ehtimal edilən ərazidə çadırlar qurulur.

Bizimxeber.az bildirir ki, bu barədə Lada.kz məlumat verib. 

Bildirilir ki, 1-ci mikrorayonda morq binasının yanında iki çadır qurulub. Ehtimallara görə, ölən sərnişinlərin cəsədləri onlara yerləşdiriləcək.

Səlahiyyətli insanlar yəqin ki, binada yer olmadığı üçün bu qərara gəliblər.