Ukrayna prezidenti Vladimir Zelenski Qərb mediasında Rusiya ilə müharibədə 80 min ukraynalı əsgərin həlak olması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Bizimxeber.az bildirir ki, dekabrın 2-də Yaponiyanın Kyodo News-a verdiyi müsahibədə o, ordu itkilərinin 80 mindən çox az olduğunu bildirib.
O, həmçinin vurğulayıb ki, onların məlumatları tam deyil, çünki onlar Rusiyanın işğal etdiyi ərazilərdə nə qədər insanın öldüyünü bilmirlər.
2024-cü ilin fevralında prezident Zelenski Ukrayna Müdafiə Qüvvələrinin itkisinin 31 min nəfər olduğunu açıqlamışdı.