"Olaf Solz Putinə qarşı mövqeyini dəyişib" - Ərdoğan

"Olaf Şolzun Rusiya prezidenti Vladimir Putinə qarşı mövqeyi dəyişib. İndi cənab Scholz rusiyalı həmkarı ilə ortaq dil tapmağın tərəfdarıdır." Bizimxeber.az bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Yüksək diplomatiya problemlərin həlli üçün vacibdir. Hətta Almaniya kansleri Şolz bir ay əvvəl Putinə qarşı tamamilə fərqli mövqedə idi və indi dialoqun vacibliyini qeyd edərək, onu dəyişdi”, – deyə Ərdoğan bildirib.

Ötən gün Türkiyə prezidentinin Rusiya prezidenti və Almaniya kansleri ilə ayrıca telefon danışığı olub. Türkiyə lideri cənab Putinlə “taxıl müqaviləsi”ni müzakirə edib və o , eyni mövzuda Olaf Şolzla da danışıb.