Neftçala rayon sakini Anaxanım Axundova Prezident İlham Əliyevə müraciət edib.
Sosial şəbəkələrdə yayılan müraciətdə qeyd olunur ki, A. Axundova Neftçala Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və "DOST İŞ MƏRKƏZİ" MMC-nin rəhbəri Mehdi Miriyevdən şikayətlənib.
Anaxanım Axundova deyib ki, Mehdi Miriyev onun oğlu Şahmar Axundovu işdən azad edib. O, bu qərarın ədalətsiz olduğunu deyib.
Anaxanım Axundovanın videomüraciətini təqdim edirik: