"O, ağıllı adamdır" - Tramp Kim Çen Inla görüşəcəyini açıqladı

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla yenidən əlaqə qurmağı planlaşdırdığını bildirib.

Bizimxeber.az bildirir ki, bu barədə o, Fox News-a müsahibəsində deyib.

Tramp xatırladıb ki, o, Kim Çen Inla ilk prezidentlik dövründə yaxşı münasibətdə olub: “Onun məndən xoşu gəldi, mən də onunla anlaşdım”.

Jurnalistin Amerika prezidentinin Şimali Koreya lideri ilə yenidən əlaqə saxlayıb-etməyəcəyi sualına Tramp müsbət cavab verib:“Mən onunla yenidən əlaqə saxlayacağam”.

Tramp həmçinin iddia edir ki, Şimali Koreya diktatoru “dini fanatik deyil” və “ağıllı oğlan”dır.