"Nüvə müharibəsi fəlakətdir" - Ərdoğan

Ukraynada nüvə silahından istifadə ehtimalı fəlakətdir.

Bizimxeber.az bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“Nüvə müharibəsinə keçid fəlakətlidir. Bu barədə heç düşünməməliyik, heç bir çıxış yolu tapmamalıyıq. Bu məsələnin diplomatiya yolu ilə həlli ən düzgün addım olardı”, - deyə Türkiyə lideri jurnalistlərə bildirib.