ABŞ Nümayəndələr Palatası hökumətin maliyyələşdirilməsini müvəqqəti olaraq 45 gün uzatmaq təklifini təqdim edib. Bu təklifə Ukraynaya yardım daxil deyil.
Bizimxeber.az bildirir ki, bunu jurnalistlərə Oklahoma konqresmeni Tom Koul deyib.
Layihə ABŞ-da təbii fəlakətlərin aradan qaldırılması üçün yardımı əhatə edəcək, lakin Ukrayna üçün maliyyə vəsaitini ehtiva etməyəcək. Yaxın vaxtlarda bununla bağlı səsvermə keçirilə bilər.