Norveç saxladığı rus gəmisini buraxdı

Norveçdə Baltik dənizində Latviya ilə İsveç arasında fiber-optik kabelə ziyan vurmaqda şübhəli bilinərək saxlanılan "Silver Dania" gəmisinə Tromsodan çıxmağa icazə verilib.

Bizimxeber.az bildirir ki, gəmi polisin yanvarın 30-da keçirdiyi əməliyyat zamanı sahil mühafizə gəmisi KV Bison tərəfindən sahilə çıxarılmışdı.

İstintaq davam edəcək, lakin gəminin Tromsoda qalması üçün heç bir səbəb qalmayıb. 

Saxlanılan Silver Dania gəmisi Norveçdə qeydiyyatdadır və Norveç şirkətinə məxsusdur. Gəmi Sankt-Peterburq və Murmansk arasında hərəkət edir. Gəminin heyəti rusdur.