Norveç rusiyalı turistlərin ölkəyə girişini qadağa qoydu

Norveç Rusiya vətəndaşlarının ölkəyə girişinə əlavə məhdudiyyətlər tətbiq edib.

Mayın 29-dan etibarən Skandinaviya ölkəsinə turizm və ya “vacib olmayan” məqsədlərlə gələn rusların girişinə icazə verilməyəcək. Yaxın qohumlarını ziyarət etmək və ya Norveçdə və ya Şengen bölgəsində işləmək və təhsil almaq üçün səyahət edən Rusiya vətəndaşları üçün istisna edilə bilər.

Məhdudiyyətlər həm Norveç tərəfindən 2022-ci ilin yazından əvvəl verilmiş vizalara, həm də digər Şengen ölkələri tərəfindən verilmiş vizalara şamil edilir. Norveç hökuməti yeni məhdudiyyətlərin tətbiqini Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına reaksiya vermək üçün müttəfiqlərə dəstək vermək zərurəti ilə izah edib.