Norveç kralı Harald Rusiya ilə sərhəddə yerləşən Norveç hərbi qarnizonunu ziyarət edib.
Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, bu Norveç monarxının son 54 ildə ilk belə səfəridir.
“Axırıncı dəfə 1969-cu ildə burda olmuşam. Hesab etdim ki, yenidən ziyarətin vaxtı çatıb. Norveç sərhədlərində mühüm işlər görən hərbçilərə salam demək istədim. 2014-cü ildən bəri Avropada müharibə gedir. Sərhədlərimizin qorunması və azadlığın qorunması hərbi xidmətin getdikcə daha vacib hissəsinə çevrilir”, - deyə Harald bildirib.
Qeyd edək ki, Norveçlə Rusiya arasında bütün hərbi əməkdaşlıq 2014-cü ildən tamamilə dayandırılıb, lakin sərhəd mühafizə qarnizonları və Barents dənizində axtarış-xilasetmə əməliyyatları üçün müəyyən dialoq qalmaqdadır.