Ermənistan Baş naziri Nikol Paşinyan “Laçın” sərhəd-keçid məntəqəsindən keçməyə cəhd göstərən separatçı-terrorçuların həbsi məsələsinə toxunub.
OŞ bu barədə o, hökumətin bugünkü iclasında danışıb.
Paşinyan bunun “narahatedici fakt” olduğunu bildirib: “Bildirməliyik ki, dövlət orqanlarımız bütün bu kimi hallarda özbaşına həbs edilmiş şəxslərin hüquqlarının, o cümlədən beynəlxalq məhkəmələrdə müdafiəsi üçün proporsional addımlar atmalıdır. Bu məsələlər düzgün həll olunana qədər bu bizim gündəmimizdə olmalıdır”.
Buna baxmayaraq, Paşinyan Ruben Vardanyanın adını belə çəkməyib.