“Nikol satqındır” deyib İrəvan-Gümrü yolunu bağladılar

Ermənistanda etirazların miqyası böyüyür.

Bizimxeber.az bildirir ki, Şirak rayonunda vətəndaşlar İrəvan-Gümrü avtomobil yolunu bağlayıblar.

Piketçilər Kirantsda yolu bağlayan Tavuş sakinlərinə dəstək nümayiş etdirərək “Nikol satqındır” şüarları ilə etiraza çıxıblar. 

Hadisə yerində olan polis əməkdaşları etirazçıları yolu təmizləməyə çağırır. “Hayastan” blokundan olan deputat Mher Melkonyanın sözlərinə görə, etiraz ölkədəki mövcud siyasi vəziyyətə və hakimiyyətin xəyanətkar hərəkətlərinə qarşı yönəlib, həmçinin Tavuş sakinlərinə dəstək əlamətidir".