Nikol Paşinyan yalan danışır - O, bəyanatın mətni ilə əvvəlcədən tanış oldu - İşxanyan

Ermənistanın baş naziri Nikol Paşinyan Qondarma  Artsax Təhlükəsizlik Şurasının bəyanatının mətni ilə əvvəlcədən tanış olub.

Bizimxeber.az bildirir ki, bu barədə Qondarma Artsax Milli Assambleyasının sədri David İşxanyan deyib.

“Yersiz eyhamların və dedi-qoduların qarşısını almaq üçün nəzərinizə çatdırmaq istəyirəm ki, sentyabrın 19-da azərbaycanlıların hücumu başlayandan Ermənistanın baş naziri bütün proseslərdən və baş verənlərdən xəbərdardır. Üstəlik, atəşkəs üçün hazırlanan bəyanatı müzakirə edildi və Ermənistanın məsul dairələri, o cümlədən şəxsən baş nazir bəyanatın mətn versiyası ilə əvvəlcədən tanış oldular. Təəssüf edirəm ki, Ermənistan parlamentindəki ermənilər özlərini bu detallardan xəbərsiz, məlumatsız göstərir və günahkarlar axtarır,günahı başqa məsul şəxslərin üzərinə atmağa çalışırlar" - deyə David İşxanyan deyib.