Neymar "Santos"un adı çəkilərkən ağladı

Futbolçu Neymar "Santos"un oyunçusu kimi təqdimatı zamanı göz yaşlarını saxlaya bilməyib.

Bizimxeber.az bildirir ki, bu barədə video klubun X sosial şəbəkəsindəki səhifəsində paylaşılıb.

Mərasim eyniadlı stadionda baş tutub. Məhz bu klubda əfsanəvi braziliyalı karyerasına başlayıb. İndi isə illər sonra doğma yurda qayıdır. Fanatları onun adını səsləndirməyə başlayan Neymar göz yaşlarını saxlaya bilməyib.

Neymar 2009-2013-cü illərdə doğma klubunda çıxış edib.

Braziliyalı 2023-cü ilin avqustundan Səudiyyə Ərəbistanı yığmasında çıxış edir. Ardıcıl zədələr səbəbindən hücumçu bir qol vurduğu "Əl-Hilal"ın heyətində yeddi oyun keçirməyi bacarıb.

Neymar 2013-2017-ci illərdə İspaniyanın "Barselona" klubunda oynamış, 222 milyon avroya dünya futbol rekordu üçün Fransanın Paris Saint-Germain klubuna keçmişdi.