Netanyahu HƏMAS-ı hədələdi

İsrailin baş naziri Benyamin Netanyahu orduya qüvvələrini Qəzza zolağının daxilində və ətrafında cəmləşdirməyi əmr edib.

Bizimxeber.az bildirir ki, bu barədə baş nazirin ofisinin müşaviri Dmitri Gendelman bildirib.

Siyasətçi vurğulayıb ki, HƏMAS fevralın 15-dək israilli girovları azad etməsə, anklavda hərbi əməliyyatları bərpa etməyə hazırdır.

Netanyahu bildirib ki, İDF qüvvələrinin yenidən yerləşdirilməsi yaxın saatlarda tamamlanacaq. Qərar İsrail hərbi-siyasi kabinetinin uzunmüddətli iclasından sonra qəbul edilib: "Həmas şənbə günü günortaya qədər girovlarımızı qaytarmasa, atəşkəs ləğv ediləcək və İsrail ordusu Həmas nəhayət məğlub olana qədər intensiv döyüşləri davam etdirəcək".