"Netanyahu bu ölkəyə gəlsə həbs olunacaq"- Norveç XİN

"İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə dair order Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən təsdiq olunarsa, o, bu ölkəyə səfər edəcəyi təqdirdə həbs olunacaq".

Bizimxeber.az bildirir ki, bunu Norveçin xarici işlər naziri deyib.

"Əgər Benyamin Netanyahu və Yoav Qalant haqqında həbs qərarı Haaqa Məhkəməsi tərəfindən verilsə, ölkəmizə daxil olarlarsa, onları həbs etməli olacağıq".

O, ölkəsinin Qəzzada hərbi cinayətlər törətməkdə günahlandırılan Netanyahunun həbsini tələb edən Beynəlxalq Cinayət Məhkəməsinin qərarına qarşı çıxmayacağını bəyan edib.

Qeyd edək ki, bütün ölkələr Beynəlxalq Cinayət Məhkəməsinin qərarı əsasında hərəkət etməlidirlər və Norveç onları həbslə hədələyən ilk Avropa ölkəsidir.