Netanyahu Almaniyaya gəlsə həbs olunacaq - Berbok

Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) verdiyi həbs qərarı əsasında İsrailin baş naziri Benyamin Netanyahunun Almaniya ərazisində həbsini istisna deyil.

Bizimxeber.az bildirir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

Burbok vurğulayıb ki, federal hökumət qanunlara əməl edir: "Heç kim qanundan üstün ola bilməz. Məhkəmə sisteminin müstəqilliyi işləyir və bu işdə belə qənaətə gəldik ki, hazırda bu addımı atmaq üçün kifayət qədər sübutlar var".

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantı Qəzza zolağında kampaniya zamanı törətdikləri "insanlığa qarşı cinayətlər və müharibə cinayətlərinə görə" həbs etmək üçün orderlər verib.

Netanyahu bu qərarı antisemit adlandırıb və məhkəmənin ittihamları absurd və yalan hesab edib. İsrailin ən yaxın müttəfiqləri, o cümlədən ABŞ da həbs qərarını pisləyib. ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin qərarını rədd etdiyini bildirib.