Nəsimidə səyyar qəbullar davam edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həllinə yönəlmiş tədbirlərin görülməsi Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən davam etdirilmişdir.

Bizimxeber.az bildirir ki, cari ilin noyabr ayında 1, 2, 3 nömrəli Sahə inzibati ərazi dairələri üzrə ünvanları əhatə edən rayon ərazisində RİH başçısı Asif Əsgərov tərəfindən  səyyar qəbullar və yerlərdə görüşlər keçirilmişdir. Keçirilən 4 səyyar qəbul və görüşlərdə 600-dən çox sakinin iştirakı ilə 60-dan çoxmüraciət dinlənilmişdir. 

Qəbullarda edilmiş müraciətlərin   araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülmüşdür.

Vətəndaşların müraciətləri əsasən, həyətlərin abadlaşdırılması, dam örtüklərinin, zirzəmilərin, kanalizasiya xətlərinin təmiri, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin,köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, küçə və həyətlərin işıqlandırılması, mənzil şəraitinin yaxşılaşdırılması, ağacların budanması və ya götürülməsi və s. məsələlərlə bağlı olmuşdur. Qaldırılan məslələrin həlli ilə bağlı görüləcək işlər barədə vətəndaşlara geniş izah verilmişdir.

Qəbul və görüşlərdə sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin abadlıq quruculuq sahəsində təqdim olunan layihələrə təklif və rəylərin verilməsi imkanının olduğu barədə mütəmadi olaraq məlumat verilmişdir.

Qəbullar və görüşlər zamanı  Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər qeyd edilmiş, sakinlər yerlərdə qəbulların təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə, Nəsimi rayonunda aparılan quruculuq, abadlıq işlərinəgörə razılıqlarını bildirərək minnətdarlıq etmişlər.