Nəsimidə “Ailədaxili şiddət və onun fəsadları” mövzusunda tədbir keçirildi - Fotolar

Nəsimi rayonunda “Ailədaxili şiddət və onun fəsadları” mövzusunda tədbir keçirilib.

Bizimxeber.az xəbər verir ki, tədbirdə Millət vəkili-Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, rayon ərazisində yaşayan ailələr və s. iştirak edib.

Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov açaraq tədbir iştirakçılarını salamlayaraq bildirib ki, məişət zorakılığının qarşısının alınması insanların təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyət kəsb edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova çıxış edərək, məişət zorakılığının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsinin zəruriliyindən danışıb. 

Tədbirin sonunda məişət zorakılığı ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.