Nəsimi rayonunda bayram tədbiri keçirildi

Nəsimi Rayon İcra Hakimiyyətində xalqımızın milli bayramı olan Novruz bayramı münasibəti ilə “Qarabağdan bütün Azərbaycana  şölələnən Zəfər tonqalı” adlı tədbir keçirilib.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon təşkilatının  sədri Azər Süleymanov, cəmiyyət sədrləri, şəhid ailələri və qazilər iştirak etmişlər.  Əvvəlcə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov açaraq  Novruz bayramının milli dəyərlərimizin əbədiyaşarlıq rəmzi olmaqla yanaşı ümumxalq bayramı olduğunu, Novruz bayramının bundan sonra həm də Zəfər bayramı kimi qeyd olunacağını, Qarabağın əbədiyaşarlıq rəmzi olacağını, Şuşada Zəfər tonqallarının alovlanacağını bildirdi.

30 il idi ki, hər bir azərbaycanlı bütün bayramlarda - Qurban bayramında, Ramazanda qurbanlar kəsir, Novruz bayramında Allaha dua edirdi ki, bizi doğma Qarabağımıza qovuşdur, bu müqəddəs bayramlarımızı Qarabağda qeyd edək, bayram qurbanları kəsək, Azərbzycanın tacı olan Şuşada bayram süfrəsi açaq. Novruz tonqalını Qarabağda alovlandıraq. 

Tədbirdə Vətən müharibəsi şəhidlərinə həsr olunmuş videoçarx nümayiş  olunmuşdur.Tədbir konsert proqramı ilə davam etdirilmişdir. 

Bayram ərəfəsində rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhid ailələri rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul əməkdaşları tərəfindən ziyarət olunmuş, 200 şəhid və qazi ailəsinə, o cümlədən  1000 nəfərə yaxın aztəminatlı ailələrə maddi yardım və bayram sovqatları çatdırılıb.