“Neftçi” “Rapid”i məğlub yola saldı - Yenilənib

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən “Neftçi” bu gün III təsnifat mərhələsində ilk matçına çıxacaq.

Bakılılar doğma azarkeşləri önündə Avstriya “Rapid”ini qəbul edəcək. “Bakcell Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 11-də Vyanada keçiriləcək.

Konfrans Liqası
III təsnifat mərhələsi
İlk oyun
4 avqust
21:00. “Neftçi” (Azərbaycan) – “Rapid” (Avstriya)
Baş hakim: Dario Bel (Xorvatiya)
Bakı. “Bakcell Arena”

***

Matç başladı.

***

“Neftçi” hesabı açdı. Ataa Jaber 44-cü dəqiqədə “Rapid”in qapısına yol tapdı.

***

İlk hissə başa çatdı.

***

İkinci hissə başladı.

***

“Neftçi” hesabı 2:0 edir. Kenni Sayef 61-ci dəqiqədə “Rapid”in qapısına ikinci qolu vurur.

***

“Rapid” hesab arasındakı fərqi azaltdı.

Matç bitdi.