Neftçalanın "Şəhidlər şəhirciyi"ndə acınacaqlı vəziyyət (FOTO/VİDEO)

Neftçala rayonunun Mirzə Ələkbər Sabir küçəsində, rayonda "Şəhidlər şəhərciyi" kimi tanınan yaşayış massivində problem yaşanır. Şəhərciyin sakini Maqsud Poladov Qaynarinfo-ya bildirib ki, şəhərcik salınandan sonra bəzi küçələr təmir olunsa da, onların yaşadığı küçə bərbad vəziyyətdədir. 

"Burada cərgə ilə şəhid ailələri və qazilər üçün fərdi yaşayış evləri tikilib. Tikinti bitdikdən sonra bizim küçədən başqa bütün ara küçələr təmir olunub. Bu gün ərzində bizim küçəyə heç baxan olmayıb", deyə Maqsud Poladov əlavə edib.

Onun sözlərinə görə, problemə görə yerli icra hakimiyyətinə müraciət edilsə də, olmadı.

"Bu biganəliyin səbəbi bizə məlum deyil. Küçə bərbad vəziyyətdədir. Yağış yağması nəticəsində bu küçədə hərəkət etmək mümkün olmur. Dəfələrlə icra hakimiyyətinə müraciət etmişik. Oradan bildiriblər ki, düzələcək, amma düzəlmir ki, düzəlmir. 

Maqsud Poladov bildirib ki, sakinlər məsələ ilə bağlı daha yuxarı orqanlara müraciət etmək məqsədi daşıyır: "Rayon heç bir tədbir görmədiyinə görə, düşünüb ki, daha yuxarı qurumlara şikayət edə bilər. Bəlkə o zaman gəlib düzəldərlər. Başqa yolumuz yoxdur".

Qaynarinfo məsələ ilə bağlı Neftçala Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasa da, zənglərə cavab alınmadı. Maqsud Poladov redaksiyamıza çəkilən görüntüləri də təqdim edib. tamaşaçıların diqqətinə çatdırırıq. /Qaynarinfo/