Neftayırma zavodu dronla vuruldu - Video

Rostov vilayətinin Novoşaxtinsk şəhərindəki neftayırma zavodunda partlayış baş verib. 

Bu barədə “Baza” məlumat yayıb.

Məlumata görə, partlayış zavoda kamikadze-dronun hücumu nəticəsində baş verib.

“Əldə olunan məlumata görə, zavoda kamikadze-dron tərəfindən zərbə endirilib. Xəsarət alan yoxdur. Hazırda yanğının söndürülməsi işləri aparılır”, - məlumatda qeyd olunub.