"Nə vaxta kimi insanlara “qara camaat” kimi yanaşacağıq?!" - Sərt mövqe

“Biz sevinirik ki, pensiyalarda qənaət etmişik. 2009-cu ilə nisbətən pensiya alanların sayı 160 min nəfər azalıb. Belə çıxır ki, gücümüz ancaq pensiya alanlara çatır. Sonra da deyirik ki, gəlirlərimiz artıb”.

Bizimxeber.az bildirir ki, bu fikirləri millət vəkili Tahir Kərimli parlamentin iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib. 

T.Kərimli bildirib ki, xalqa hər şey Avropa qiymətləri ilə satılır: “Bəs niyə  pensiyanı həmin standartlarla vermirik? Nə vaxta kimi insanlara “qara camaat” kimi yanaşacağıq?! Mən “qara camaat”ın nümayəndəsiyəm”.