"Nə qədər etdim, gördüm boğazımdan keçmir ki keçmir..."

"Teymur əmi (Teymur Mustafayev - red.) ilə bizi bir dəfə bir rayona dəvət etdilər. Rayon icra başçısının qəbuluna getdik, oturduq, çay gətirdilər, yemək süfrəsi açdılar. Nə qədər etdim, gördüm boğazımdan keçmir ki keçmir". 

Bizimxeber.az milli.az-a istinadən xəbər verir ki, bunu Zaur Baxşəliyev aparıcısı olduğu "Zaurla Günaydın" verilişinin efirində deyib.

Aparıcı mərhum sənətkarla birgə səfəri barədə danışarkən davamında deyib:

"Sonra Teymur əmi ilə quş ovuna getdik. Ov ovlanan yerdə qamışdan bir daxma var idi. O daxmanın içərisində bir nənə yaşayırdı. Sizi inandırım ki, o nənə bir quzunu qoydu dizinin altına, kəsdi, orada bizə bir kabab çəkdi ki... O qamışlıqda yemək bir ləzzətlə yeyildi ki... Xoşbəxtcəsinə oturduq yerdə, mütəkkəyə söykəndik, əti yedik. O qədər ləzzət etdi ki..."