Nərimanov rayon Mühafizə Polisi İdarəsinin rəisi, polkovnik Samir Xanbabayev vəzifəsindən azad edilib.
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb. Onun yerinə isə polkovnik-leytenant Nasir Babayev rəis əvəzi təyin olunub.
Nazirin digər əmri ilə S.Xanbabayev Neft Yanacaq Obyektlərinin Mühafizə İdarəsi rəisi təyin edilib. Qeyd edək ki, S.Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Şəmsəddin Xanbabayevin oğludur.