Nazir Emin Əmrullayevin saytı çökdü

Müəllimlərin işə qəbulunun elektron qaydada həyata keçirildiyi miq.edu.az saytı çöküb. Gecə ilə saytda vakansiyalara giriş bloklanıb, namizədlər yerləşdirmə edə bilməyiblər.

Bu barədə məlumatlar sosial şəbəkələrdə paylaşılıb. Belə ki, bu gün saat 11:00-a qədər vakansiya seçiminin başa çatacağını nəzərə alsaq müəllimlər seçim edə bilmədiklərindən narazılıq edirlər. Gecə saatlarından vakansiya bölmələri bağlanıb.

Bəzi müəllimlər seçimlərin saxtalaşdırıldığını iddia edirlər.

Ötən gün miq.edu.az saytında nə baş verib, problem nədən qaynaqlanıb? Müəllimlər tərəfindən sosial şəbəkələrdə paylaşılan iddialar nə qədər doğrudur? Dünən saytda yaranan problem səbəbindən itirilən zaman, namizədlərə yenidən vakansiya seçimi üçün qaytarılacaqmı? Şərait yaradılacaqmı?