Nazir BDU-da nöqsanları açıqladı - İlk olaraq izahat alınır

Elm və təhsil naziri Emin Əmrullayev Hesablama Palatasının Bakı Dövlət Universitetində aşkarladığı nöqsanlarla bağlı məsələyə münasibət bildirib.

Bizimxeber.az bildirir ki, bu barədə jurnalistlərə açıqlama verən nazir qeyd edib ki, müvafiq dövrlər üzrə nəzarət qurumları tərəfindən audit yoxlamaları aparılır və təbii ki, prosesdə nöqsanlar üzə çıxır.

“Prosedur olaraq Elm və Təhsil Nazirliyi tərəfindən həmin qüsurlarla bağlı ilk olaraq izahat alınır. Çünki qarşı tərəfin də rəyi alınmalıdır. Orada bir neçə nöqsan ola bilər. Əgər hansısa maliyyə qüsurları varsa, onların bərpası məsələsi həmişə qaldırılır. Amma digər məsələlər əgər texniki xarakter daşıyırsa, bu halda həmin qurumlara xəbərdarlıq edilir. Bu nöqsanlara yol verilməməsi tapşırılır”, - E.Əmrullayev qeyd edib.