Nazarbayevin heykəlini də aşırdılar - VİDEO


Qazaxıstanım Taldıkurqan şəhərində etirazçılar ölkənin birinci prezidenti və milli lideri (“Elbası”), az əvvəl Təhlükəsizlik Şurasının katibi vəzifəsindən getdiyi elan edilən Nursultan Nazarbayevin heykəlini aşırmağa çalışırlar.

Bu barədə video sosial şəbəkələrdə yayılıb. Heykəlin boğazına bir neçə yerdən kəndir bağlayan etirazçılar onu dartıb yıxmağa çalışırlar. Heykəl 2016-cı ildə qoyulmuşdu.